Bryuno Delbonnel
Кinooperator, rejissor, ssenarist
Bryuno Delbonnel 1957-ci ildə Fransanın Nansi şəhərində anadan olub. 10 yaşı olanda valideyinləri ilə Parisə köçüb. Fotoqraf peşəsinə maraq göstərən Bryuno özəl kino məktəbində oxuyur. 1975-ci ildən başlayaraq qısametrajlı və animasiya filmləri çəkməyə başlayır. O dövrdə məşhur operator Anri Alkandan dəstək alır. Sorbonna Universitetinin fəlsəfə fakültəsini və Ali Kinematoqrafiya məktəbini bitirir. 1979-cu ildən daimi olaraq Jan-Pyer Jeneylə əməkdaşlıq edir. 2002-ci ildə “Ameli” filminə görə "Ən yaxşı operator işi"nə görə Avropa Kino Akademiyasının mükafatına layiq görülür. ”Uzun nişan” (2004) filminə görə “Sezar” və Amerika Operatorlar Assosiasiyasının mükafatları ilə təltif olunur. Karyerası boyunca dörd dəfə "Oskar" mükafatına namizədliyi irəli sürülüb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B5%D0%BB%D...