Devid Valdes

Devid Valdes

Prodüser

BİOQRAFİYA

Devid Valdes karyerasına "Aman Allah! Kitab 2", "Rədd edilmişlər" və "ilgək" (hansında ki, onun hətta kiçik bir rolu da var idi) filmləri ilə başlayıb. "İlgək" filmindən sonra Devid İstvudla yaxın dost olub və bir müddət sonra onu 1985-ci ildə çəkilən "Solğun Atlı" filminin produserin köməkçisi vəzifəsinə yüksəldiblər. Daha sonra İstvudun digər filmlərinin, o cümlədən, "Ölüm ilə oyun", "Quş", "Çəhrayı Kadillak", "Ağ ovçu, qara ürək", "Əhf edilməmiş" filmlərinin prodüseri olub. Valdes ilk "Oskar" nominasiyasını, rejissor-prodüser-ssenari müəllifi Frenk Darabontla birlikdə "Yaşıl Mil" filminə görə alıb. O vaxtdan Valdes daha çox vesternlərə prodüserlik etməyə başlayıb. Həmçinin o, "Zaman maşını", "Əsrimizin Vavilonu", "Mən - Dördüncüyəm" elmi-fantastik filmlərin də prodüseridir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/David_Valdes

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç