Bob Vaynşteyn

Bob Vaynşteyn

Prodüser

BİOQRAFİYA

Bob Vaynşteyn 18 oktyabr 1954-cü ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Valideynləri iudaizm dinini qəbul ediblər. Kolleci bitirdikdən sonra Bob qardaşı Harvi ilə birlikdə rok konsertlərin təşkilatçılığı ilə məşğul olub. 70-ci illərin sonunda konsert təşkilatçılığından əldə etdikləri gəlirə, valideynləri Miriam və Maksın şərəfinə adlandırdıqları “Miramax” kinoşirkətini təsis edirlər. Əvvəlcə şirkət müstəqil, qeyri-kommersiya filmlərinin istehsalını həyata keçirmək üçün yaradılmışdı. Bob Vaynşteyn 1986-cı ildə "Playing of Kepps" filmini çəkir. 2001-ci ildə “Artist”, 2002-ci ildə “Üzüklər hökmdarı". "Kralın qayıdışı”, 2010-cu ildə “Kral danışır!” kimi məşhur filmlərə prodüserlik edir. 1993-cü ildə “The Walt Disney Company” Vaynşteyn qardaşlarına 60 milyon dollar dəyərində “Miramax” şirkətini satın almağı təklif edir. Qardaşlar razılıq verirlər, lakin bir şərtlə ki, şirkətin rəhbəri olaraq qalacaqlar. 2005-ci il martın 29-da Bob qardaşı ilə birlikdə “Miramax”ı tərk edir və şəxsi “The Weinstein Company" prodüserlik studiyasını yaradırlar.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Bob_Weinstein

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç