Uorvik Devis

Uorvik Devis

Aktyor

BİOQRAFİYA

Uorik Eşli Devis (ing. Warwick Ashley Davis) – ingilis aktyordur. Əsasən Hollivud filmlərinə çəkilir. Kino tarixinin ən məşhur cırtdan-aktyorlarından sayılır. Boyu 1 metr, 7 sm-dir. Daha çox “Villou” qorxu nağılında naşı sehrbaz Villou və “Qulliverin səyahəti” televiziya mini-serialında təlxək Qrildrik rolu ilə tanınır. Bundan başqa şöhrət qazanmasına “Avtostopla qallaktikadan keçərək” filmində robot Marvin, Harri Potter saqasında qoblin, “Narniya Salnamələri” fentezi filmində qara cırtdan Nikabrik rolunun xüsusi təsiri olub. Həmçinin “Ulduz müharibələri” saqasının altıncı və birinci epizodlarına müvafiq ardıcıllıqla Uiket Uistri Uorrik və Yoda rollarına çəkilib. Əksər cırtdanlardan fərqli olaraq onun bəstəboyluğu nadi genetik pozuntudan qaynaqlanır (spondiloepifizar displaziya). Devid evlidir və iki övladı var. Yoldaşı Samanta axodroplaziyadan, uşaqları Annabel və Harrison isə ataları kimi displaziyada əziyyət çəkirlər.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D1%8D%D0%B2%D0%B8%D1%81,_%D0%A3%D0%BE%D1%80%D0%B8%D0%BA

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç