Stiven Klovz

Stiven Klovz

Ssenarist, kinorejissor

BİOQRAFİYA

Stiven Kit (Stiv) Klovz 18 mart 1960-cı ildə Texas ştatının paytaxtı Ostində anadan olub. Los-Ancelesin Kaliforniya Universitetinə daxil olsa da, onu bitirməyib. Klovz ssenarist olaraq debütünü “Ayla ötüş-ötüş” (1984) filmində gerçəkləşdirib. Daha sonra bir neçə digər filmə ssenari yazsa da, həmin lentlər heç bir uğur qazanmayıb. 1990-cı illərin ortalarında bir müddət kino sahəsindən uzaqlaşıb. Yalnız minilliyin sonlarında Maykl Şeybonun “Vunderkindlər” romanının ekran adaptasiyasını hazırlayıb. 2000–ci ildə ekranlara çıxan film Klovza şöhrət və “Oskar”, “Qızıl Qlobus” nominasiyaları qazandırıb. Bundan sonra “Warner Brothers” şirkəti Klovza ekranlaşdırılması nəzərdə tutulan romanların siyahısını təqdim edir. Onun diqqətini Harri Potter silsiləsindən olan ilk kitab – “Harri Potter və fəlsəfə daşı” çəkir.  Ssenarisini yazdığı eyniadlı film 2001-ci illərdə işıq üzü görür və  qısa zamanda kult kino nümunəsinə çevrilib. Beşinci epizoddan savayı franşizanın bütün hissələrinin ssenari müəllifi olub. Bir neçə mötəbər kino və televiziya mükafatının laureatı olub. Həmçinin “Oskar” və “Qızıl Qlobus” mükafatlarına namizəd olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BB%D0%BE%D...

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç