Yakob Qrimm

Yakob Qrimm

Filoloq, yazıçı, hüquqşünas

BİOQRAFİYA

Yakob Qrimm 4 yanvar 1785-ci ildə Hanauda məşhur hüquqşünas Filip Qrimmin ailəsində anadan olub. Yakob Qrimin Kiçik qardaş Vilhelm Qrimm 1786-cı il fevralın 24-də Hanau şəhərində anadan olub. Hər ikisi Marbuq Universitetində hüquq elmləri üzrə təhsil alıb, 1837-ci ilə qədər Hottingen Universitetində professor vəzifəsində çalışıblar. Həmin ildə Hannover kralına and içməkdən imtina etdiklərinə və demokratik görüşlərinə görə Universitetdən işdən azad olunublar. Bir müddət işsiz qaldıqdan sonra 1841-ci ildə Berlin Universitetində işə düzəlib, professor vəzifəsinə qədər yüksəlib, Prussiya Elmlər Akademiyasının üzvü olurlar. İlk dəfə Alman mifologiyasını toplayıb mifologiya elminin əsasını qoyan Qrimm qardaşları 4 cilddən ibarət “Alman mifologiyası” əsərini yaradıblar. Beləliklə, onlar iki cilddən ibarət olan alman xalq nağıllarını toplayaraq “Ailə və uşaq nağılları” (1812-1818) adı altında nəşr etdirib. Qrimm qardaşları xalq nağıllarının toplanması işinə yeni elmi üsul, təzə münasibət metodu gətirdilər. Onların nağıllarında xalq dilinin rəngarəngliyi, nağılların üslub və intonasiyası, xalq məişətinin reallığı, xalq yaradıcılığı, bədii təfəkkürü olduğu kimi qorunub. Bu məşhur elm fədailəri ömürlərinin sonuna qədər dünya mədəniyyətinin tərəqqisinə xidmət etmiş, böyük qardaş Yakov 20 dekabr 1863-cü il, Vilhelm isə 16 dekabr 1859-cu ildə Berlində vəfat edib. Qrimm qardaşlarının nağılları bunlardır: “Ağ və Qırmızı gül”, “Bremen musiqiçiləri”, “Ağ ilan”, “Üç qardaş”, "Henzel və Qretel", "Qırmızı papaq", "Yatmış gözəl", “Tənbəl Hans”, "Zoluşka", "Ağca" və sair. Qrimm qardaşları-Yakov və Vilhelm öz zəmanələrinin müdrik, hərtərəfli zəkaya malik ziyalılarından olmuşlar. Elm aləmində bu cür adamlara nadir, universal zəka sahibləri deyirlər. Hətta bu cür zəngin, hərtərəfli yaradıcılığa malik və böyük nəhəng irs qoyub gedən adamların qarşısında “Dahi” sözünün işlədilməsi daha düzgün olardı.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Qrimm_qarda%C5%9Flar%C4%B1

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç