Kori Conson

Kori Conson

Aktyor

BİOQRAFİYA

Kori Conson 17 may 1961-ci ildə Luiziana ştatının Yeni Orlean şəhərində dünyaya gəlib. Ailənin beş uşağından biri olub. Qardaşlarından biri Yeni Orlean şəhərində idman şərhçisidir. Təhsilini Mərkəzi Nitq və Dram Məktəbində alıb. Gələcək həyat yoldaşı – aktrisa Lüsi Kohu ilə orada oxuduğu illərdə tanış olub. Onlar evlənsələr də, bir neçə ildən sonra boşanıblar. Karyerasında ən uğurlu rolu 1999-cu ildə ekranlara çıxan “Mumiya” filmində oynadığı xəzinə hərisi olan arxeoloq rolu sayılır. Filmoqrafiyasında “Şərəf naminə”, “Müqavilə”, “Bornun Ultimatumu”, “Bornun Təkamülü”, “Sıravi Rayanın xilas edilməsi”, “Hellboy: Küldən yaranan Qəhrəman” kimi filmlər yer alır. O həmçinin HBO telekanalının çoxsaylı mükafatlar qazanmış “Silah qardaşları” müharibə serialında ikinci dərəcəli aktyor olaraq iştirak edib. Son zamanlar Britaniyanın kino və televiziya layihələrində aktiv şəkildə iştirak edir. Daha çox “Hellboy: Küldən yaranan qəhrəman”, “Kinqsmen: Məxfi xidmət”, “Kapitan Fillips”, “Bornun Ultimatumu”, “Kickass”, “Mumiya” filmlərində və “Doktor Kim” və “Kabuslar” serialında oynadığı ikinci plan rollarla yadda qalıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Corey_Johnson_(actor)

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç