Tarak Ben Ammar

Tarak Ben Ammar

Prodüser

BİOQRAFİYA

Tarak Ben Ammar 12 iyun 1949-cu ildə Tunisdə ziyalı ailəsində anadan olub. Atası bir neçə nazir postunu tutub, doğma əmisi Həbib Burqiba Tunis Respublikasının ilk prezidenti olub. Tarak Ben Ammar – Corctaun universitetinin məzunudur. “Carthago” şirkətini yaratmaqla Tunisi kinoindustriyanın dünya xəritəsinə çıxarıb. Bir çox amerikalı prodüserləri Tunisdə film çəkməyə inandıra bilib. Corc Lukasın “Ulduz müharibələri” və Stiven Spilberqin “İndiana Cons: İtirilmiş mücrünün axtarışında” məhz Tunisdə lentə alınıb. 1980-1990-cı illər ərzində 50-dən çox filmə prodüserlik edib. Prodüserlik karyerasına gəlirli fransa komediyaları ilə başlayıb, 90-cı illərin əvvəllərində Franko Zefirellinin “Traviata” filmi və Roman Polanskinin “Dəniz quldurları” filmlərini ərsəyə gətirib. 1990-cı ildə İtaliyanın sabiq baş naziri Silviyo Berluskoni ilə birgə "Quinta Communications" adlı şirkəti yaradıb. Şirkət teleserial, film istehsalı və prokatı ilə məşğul olur. Şirkət “Nazaretli İsa” və “Bibliya” kimi teleseriallara, 2002-ci ildə “Fəlakət qadın” filminə prodüserlik edib. Daha çox “Fəlakət qadın” (2002), “Sonuncu Legion” (2007), “Monti-Payton: Brayanın həyatı” (1979) filmlərinin prodüseri kimi tanınır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://megogo.net/ru/name/19070-tarak-ben-ammar.html

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç