Salli Hokins

Salli Hokins

Aktrisa

BİOQRAFİYA

Salli Hokins 27 aprel 1976-cı ildə Londonda (İngiltərə) Cak və Kolina Hokins cütlüyünün ailəsində dünyaya gəlib. Valideynləri uşaq kitablarının müəllifi və illüstratoru idilər. Onlar 100-ə yaxın uşaq kitabı buraxıblar. Təəccüblü deyil ki, Salli və böyük qardaşı Finbar erkən yaşlarında kitab oxumağı öyrənir və ümumiyyətlə, uşaqlar çox müstəqil şəraitdə tərbiyə olunurlar. Salli Kral İncəsənət Akademiyasına daxil olur və 1998-ci ildə buranı bitirir. “Romeo və Cülyetta”, “Yay gecəsində yuxu”, “Albalı bağı” kimi tamaşalarda rol alıb. Səhnə fəaliyyəti ilə yanaşı, Sallı televiziya və bədii filmlərdə də rollara dəvət alırdı. 1998-cı ildə, hələ tələbə ikən, aktrisa “Ulduz müharibələri epizod 1: Gizli təhlükə” filmində epizodik rol alır. Sallinin ilk diqqət çəkən rolu 2002-ci ildə ekranlara çıxan “Hər şey, ya da heç nə” filmində olur. Bundan sonra aktrisa “Paddinqtonun məcaraları” filminin I və II hissələrində xanım Meri Braun, “Vere Dreyk” filmində Süzan, BBC-nin “Məxmər barmaqlar” serialında Syu Trinder rollarını canlandırıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Sally_Hawkins

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç