Ken Vatanabe

Ken Vatanabe

Aktyor, prodüser

BİOQRAFİYA

Ken Vatanabe 21 oktyabr 1959-cu ildə Yaponiyada anadan olub. Yaponiyalı-amerikalı teatr, televiziya və kino aktyorudur. Qərb dünyasında daha çox “Sonuncu samuray” filmində yaratdığı daymö üsyançılarının rəhbəri Katsumoto, “İvodzimadan məktublar” filmində general Kuribayasi, “Başlanğıc” elmi-fantastik filmində biznesmen Sayto rolu ilə yaddaşlarda qalıb. 2004-cü ildə “Sonuncu Samuray” filmində oynadığı rola görə “ən yaxşı ikinci plan kişi rolu” kateqoriyasında “Oskar” və “Qızıl Qlobus” mükafatlarına namizəd olub. Yaponiyanın Niiqata prefekturasının Koide şəhərində doğulub. Anası məktəb müəlliməsi, atası kalliqrafiya müəllimi olub. Ken Yapon aktrisası Yuki Vatanabenin qardaşıdır. 1983-ci ildə birinci həyat yoldaşı Yumiko ilə ailə qurub və bu izdivac 2005-ci ilin sentyabrına qədər davam edib. Boşanma ərəfəsində Tokyo TV-də birgə layihə üzərində çalışdığı aktrisa Kaho Minami ilə yaxından tanış olur. Münasibətlərin ciddiləşməsindən sonra cütlük həmin ilin dekabrında evlənir. Nikah mərasimi mətbuata qapalı, yaxın qohumların və dostların əhatəsində Los-Anceles şəhərində keçir. Vatanabe Minaminin əvvəlki nikahdan olan oğlunu övladlığa götürür. Bundan başqa birinci nikahdan iki dogma övladı var. Böyük oğlu 1984-cü il təvəllüdlü Day Vatanabe aktyor, 1986-cı il təvəllüdlü qızı An Vatanabe aktrisa və peşəkar modeldir. 1989-cu ildə Vatanabeyə kəskin myeloid leykemiya diaqnozu qoyulub. 1994-cü ildə xərçəng yenidən özünü göstərib. Aparılan uğurlu müalicə nəticəsində sağalıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B0%D1%82%D0%B0%D0%BD%D0%B0%D0%B1%D1%8D,_%D0%9A%D1%8D%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç