Şeymas MakQarvi

Şeymas MakQarvi

Operator, rejissor

BİOQRAFİYA

Şeymas Makqarvi 29 iyun 1967-ci ildə Şimali İrlandiyanın Arma şəhərində doğulub. Karyerasına adi fotoqraf olaraq başlayıb. Orta məktəbi bitirdikdən sonra Londonun Vestminster Universitetin kinooperator məktəbinə daxil olub. 1988-ci ildə Universitetdən məzun olduqdan sonra qısametrajlı və sənədli filmlərin çəkilişi ilə məşğul olmağa başlayıb. “Dəri” (Skin) adlı filmi BAFTA mükafatına namizəd olub. Rejissor Samanta Telyor Vudla birlikdə çəkdiyi “Atlantik” filmi isə 1998-ci ildə “Törner” mükafatına namizədlik qazanıb. Makqarvi eyni zamanda U2, The Rolling Stones, Robbi Uilyams , Ser Pol Makkartni, Coldplay və digər məşhur müğənni və qruplar üçün 100-dən çox mahnı klipi çəkib. 2008-ci ildə “Günahın bağışlanması” filminin istehsalı zamanı əldə olunan texniki nailiyyətlərə görə Sara Qrinvud və Jalkin Dürranla birlikdə “ Evening Standard British Film Awards” mükafatına layiq görülüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D0%BA%D0%B3%D0%B0%D1%80%D0%B2%D0%B8,_%D0%A8%D0%B5%D0%B9%D0%BC%D0%B0%D1%81

FİLMOQRAFİYA
Operator
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç