Qaret Edvards

Qaret Edvards

Rejissor, ssenarist, operator, prodüser, montajçı

BİOQRAFİYA
Qaret Edvards 13 iyul 1975-ci ildə İngiltərədə anadan olub. O hələ uşaq vaxtlarından kinoda işləmək istəyirdi. Müsahibələrindən birində qeyd edib ki, onda kinematoqrafiyaya həvəsin yaranmasına əsas səbəbkar “Ulduz müharibələri” filmidir. 2008-ci ildə Edvards İngiltərə elmi-fantastik kino festivalı çərçivəsində keçirilən “48 saat“ müsabiqəsində iştirak edib. Şərtlərə görə, 48 saat ərzində çəkiliş heyətinin iştirakı olmadan bu janrda qısametrajlı film çəkilməli idi. Qaretin bu festivaldakı “Factory Farmed” adlı işi birinci yerə layiq görülür və onun gələcək uğurlarına yol açır. 2010-cu ildə ilk tammetrajlı filmini - “Bədheybət”i çəkir. Bu filmin uğurundan sonra Hollivudun diqqətini öz üzərinə çəkməyi bacarır, “Qodzilla” filminin rejissorluq kürsüsünə təklif alır və filmin çəkilişlərini 2014-cü ildə tamamlayır. 2016-ci ildə isə uşaqlıqdan həvəslə izlədiyi “Ulduz müharibələri” filminin yeni hissəsini çəkir.



Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://en.wikipedia.org/wiki/Gareth_Edwards_(director)
FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç