Ceyms Vuds

Ceyms Vuds

Aktyor

BİOQRAFİYA

Ceyms Hovard Vuds 18 Aprel 1947-ci ildə Vernalda anadan olub. Amerikalı teatr və film aktyorudur. İki dəfə Akademiya mükafatlarında namizəd olub, Emmi mükafatı və Qızıl Qlobus mükafatlarına layiq görülüb. Ən məşhur rolları Once Upon a Time in America, Ghosts of Mississippi, Salvador və Hercules filmlərindədir. 1986-cı ildə televiziya üçün gerçəkləşdirilən "The Promise"'də James Garner'ın əqli cəhətdən qüsurlu qardaşı və 1989'da "My Name Is Bill W."də bir alkaqoliklər dərnəyinin qurucusu olaraq izləyicinin qarşısına çıxan Vuds, bu rollarla iki dəfə Emmi mükafatına layiq görülüb. İlk əvvəllər Broadway imzalı oyunlarda rol alan aktyor, seçimini filmlərdən yana edərək 1972-ci ildə Elia Kazan'ın Vyetnam klassikası olan "The Visitors" adlı filmində yer aldı. Bu filmdə rolunun haqqını veren aktyor, eyni il baş rollarını Robert Redford ilə Barbara Streisand'ın paylaşdığı "The Way We Were" filmində rol alıb. 1974-cü il istehsalı "The Gambler" filmində bank işçisini canlandıran Vuds, 1978-ci ildə Yəhudi soyqırımından bəhs edən "Holocaust"da Meryl Streep'in yanında yəhudi bir sənətçini canlandırdı. Joseph Wambaugh'un ən çox satılan romanından hazırlanan "The Onion Field" filmdə polis qatili bir canini canlandıran aktyor, 1984-cü ildə Sergio Loene'nın məşhur qanqstar filmi "Once Upon a Time in America" adlı filmində yer aldı. İki il sonra film izləyicilərinin gərçək mənada Vudsu tanimaq fürsəti olduğu Oliver Stone'un "Salvador" filmində rol aldı. Filmdə canlandırdığı özünü düşünən jurnalist Richard Boyle tipləməsiylə "Oskar"da ən yaxşı aktyor mükafatına namizəd oldu. 1990-cı illərdə pul qazandıran filmlərdə rol alan aktyor, "Chaplin", "Diggstown", "The Gateway" və "The Specialist"də rol alıb. 1995-ci ildə müxtəlif rollarda oynamaq fürsəti olan aktyor "Casino" ilə "Nixon" kimi filmlərində iştirak edib. Xüsusuilə " Killer...A Journal of Murder" filmində canlandırdığı cinayətlərini haqqında yazdığı bioqrafiyası ilə yazmaqla məşğul olan məhkum rolu ilə aktyorluğunun zirvəsinə çıxıb. Vuds eyni il "Ghosts of Mississippi"də canlandırdığı qatil rolu ilə "Oskar"a namizəd göstərilib. 1977-ci ildə Disneyin hazırladığı "Hercules" filmində Hades'i səsləndirən aktyor, növbəti il "Vampires"də oynayıb. "Fear and Loathing in Las Vegas" ilə "Another Day in Paradise" adlı filmlərdə rol aldıqdan sonra, Client Eastwood'un rejissorluğunu edən "True Crime"da rol alıb. John Travoltanin əsgər cinayəti mövzusunda olan "The General's Daughter" adlı filmində də yer alıb. 1999-cu ildə Oliver Stone'un "Any Given Sunday"ində komanda həkimi rolunu oynayıb. Bəzi məlumatlara görə İQ-sunun 180 olduğu iddia edilir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Ceyms_Vuds

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç