Dermot Malruni 31 oktyabr 1963-cü ildə Virciniya ştatının Aleksandriya şəhərində (ABŞ) anadan olub. Atası Villanova universitetinin hüquq fakültəsinin professorudur. Uşaq olanda Dermot violonçeldə ifa etməyi öyrənir və məktəbin həvəskarlar teatrında çıxış edirdi. Məktəbi bitirdikdən sonra Malruni Şimal-Qərbi Çikaqo universitetinə daxil olur və 1985-ci ilə qədər burada teatr-kino sənətini və musiqini öyrənir. Malruni 30-a yaxın filmdə müxtəlif xarakterli rollar canlandırıb. Həm film sahəsində, həm də televiziyada fəaliyyət göstərib. 1986-cı ildə “Məsumluq günahı” telefilmi ilə debüt edir. Böyük kinoda ilk rolu isə “Günəşin qürubu” (1988) filmində olur. Daha sonra “Gənc atıcılar” filminə çəkilir. Onun filmlərinin arasında ən yadda qalanı “Ən yaxın dostumun toyu”, “Kanzas şəhəri”, “Qatil”, ”Sevgi adlandırılan şey”, “Kirayə bəy” kimi filmlərdir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Dermot_Mulroney