Uill Arnett
Aktyor
Uilyam Emerson “Uill” 4 may 1970-ci ildə Kanadanın Toronto şəhərində anadan olub. "Leaside High School" orta məktəbində oxuyub (Ontario ştatı). 20 yaşında olanda ali təhsil almaq üçün Nyu-Yorka köçüb; Teatr və Kino Universitetinə qəbul olunub. 1996-cı ildə “Edin növbəti köçü” və “Zərərsizləşdirmə” filmlərinə çəkilib. İki il sonra isə “Sofi” və “Sınmış nəhəng” filmlərində rol alıb. Daha sonra onun həyatında yaradıcılıq böhranı dövrü başlayıb. Kino və televiziya layihələrində uzun müddət aktyor heyətə yol tapa bilməyib. Məsələn 2000-ci ildə aktivində bir rol belə olmayıb. Düşkünlüyə qapılan Uill, spirtli içki alüdəçisi olub. Düşdüyü girdabdan onu sadiq dostu Deyv MakLaflin çıxarır, içməyi tərgitməyə məcbur edir. 2003-cü ildə Arnett “Ləng inkişaf” serialında 2-ci Corc Oskar Blatın rolunu oynayıb və həmin rola görə “Emmi” mükafatına namizəd olub. 2005-ci ildə “Böyük yeni möcüzə” və “Bədheybət qaynana” komediyalarına çəkilir. Sonuncuda tərəf-müqabili aktrisa və müğənni Cennifer Lopez olur. Son illər daha çox səsləndirmə aktyoru kimi fəaliyyət göstərir. “Simpsonlar”, “Dağın şahı”, “Buz dövrü 2: Ərimə başlayır”, “Darvin missiyası”, “Ratatuy”, “Horton” və digər cizgi filmlərinin səsləndirilməsində iştirak edib. Ailədə iki böyük bacısı və bir kiçik qardaşı olub. 1994-1995-ci illər ərzində aktrisa Penelope Enn Millerin həyat yoldaşı olub. 2000-ci ildə aktrisa Emi Polerlə görüşməyə başlayıb. Faktiki nikahı 2003-cü ilin avqust ayında rəsmiləşdiriblər. Onlar “Şöhrət ülgücü: Buz meydançasında”, “Brodveydə”, “Payız fasiləsi” kimi filmlərdə və “Ləng inkişaf” və “Parklar və istirahət zonları” seriallarında birlikdə çəkiliblər. Bundan başqa “Horton”, “Bədheybətlər yadplanetlilərə qarşı” kimi cizgi filmlərinin səsləndirilməsində “çiyin-çiyinə” iştirak ediblər. Birgə nikahdan 2008 və 2010-cu il təvəllüdlü iki uşaqları var. Cütlüyün münasibətləri 2012-ci ildə korlanıb. 2014-cü ilin aprelinda Arnett boşanma üçün məhkəməyə ərizə ilə müraciət edib. 2016-cı ilin iyul ayında nikaha xitam verilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Will_Arnett