Piter O.Tul

Piter O.Tul

Aktyor

BİOQRAFİYA

Piter O'Tul 2 avqust 1932-ci ildə Konnemarada (İrlandiya) dünyaya gəlib. Səkkiz dəfə "Oskar Mükafatı" namizədliyi olan irlandiyalı aktyordur. Üç dəfə "Qızıl Qlobus" və bir dəfə "Emmi" mükafatı qazanıb, Akademiya tərəfindən "Akademiya Qürur Mükafatına" layiq görülüb, səkkiz dəfə namizəd göstərildiyi "Ən Yaxşı Kişi Aktyor Oskarını" isə heç vaxt qazana bilməyib. O`Tul 50 filmdə rol alıb. Onun çəkildiyi populyar filmlərdən “Milyonu necə oğurlamalı”, Aslan qışda”, “Kaliqula”, “Sonuncu imperator” və “Troya”nın adlarını çəkmək olar. O`Tul hələ özünün 80 illik yubileyində aktyorluq karyerasını tamamladığını bildirmişdi. Ancaq buna baxmayaraq o, yenə də çəkilişlərdə iştirak edib. Onun çəkildiyi son “Yekaterina Aleksandriyskaya” filmi hələ də ekranlara çıxmayıb. 2003-cü ildə ona fəxri “Oskar” təqdim edilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Piter_O%27Tul

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç