Cun Forey

Cun Forey

Aktrisa

BİOQRAFİYA
Cun Forey 18 sentyabr 1917-ci ildə Sprinqfilddə (İngiltərə) Moris Forrer və İda Robinsonun ailəsində dünyaya gəlib. 12 yaşında ikən artıq yerli radiolarda çıxış etməyə başlayır. Bir neçə il sonra Los-Ancelesə (Kaliforniya ştatı, ABŞ) köçür və tezliklə radioda populyar aktrisaya çevrilir. 1940-cı illərdə Cun animasiya filmlərinin səsləndirilməsi ilə bağlı təkliflər almağa başlayır. “Walt Disney” şirkətinin “Sinderella” (1949) cizgi filmində Sinderellanı səsləndirib. Sovet istehsalı olan “Buz kraliçası” cizgi filminin dublyajında da iştirak edib. 2015-ci ildə Cun Forey ağır avtomobil qəzası keçirir. Aktrisa 26 iyul 2017-ci ildə Los-Ancelesdə klinikalardan birində 99 yaşında vəfat edir. Cun Forey iki dəfə “Emmi” animasiya mükafatına layiq görülüb. 2000-ci ildə Hollivudda şərəfinə ulduz qoyulub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/June_Foray

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç