Migel Ferrer 7 fevral 1955-ci ildə Santa-Monikada (Kaliforniya ştatı, ABŞ) doğulub. Atası Puerto-Rikodan olan amerikalı aktyor, "Oskar" mükafatçısı Xose Ferrer (1912-1992), anası Amerikanın estrada müğənnisi Rozmari Kluni olub (1928-2002). Aktyor Corc Kluninin bibisi oğludur. Migel aktyorluğa 1981-ci ildə başlayıb. 1983-cü ildə “Ulduz yolu” və 1987-ci ildə “RoboKop” filmlərindəki rolları ona uğur gətirib. 1990-cı illərin sonu ve 2000-ci illərdə daha çox teleseriallarda rol alıb. Leylani Serellə evliliyindən Lukas Ferrer (1993) və Rafael Ferrer (1996) adlı iki uşağı var. 2005-ci ildən prodüser Lori Ventraubla evli olub. Aktyor 19 yanvar 2017-ci ildə, 62 yaşında qırtlaq xərçəngindən vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Miguel_Ferrer