Cerri Qoldsmit

Cerri Qoldsmit

Bəstəkar, aktyor

BİOQRAFİYA

Cerri Qoldsmit 10 fevral 1929-cu ildə Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) anadan olub. Anası Tessa rəssam, atası Morris Qoldsmit inşaat mühəndisi idi. Altı yaşı olanda Cerri pianoda ifa etməyi öyrənir. O, Cənubi Kaliforniya Universitetində təhsil alır, burada məşhur bəstəkar Mikloş Rojun kursunu keçir və bütün bunlar onu kino üçün musiqi bəstələməyə həvəsləndirir. Şerron Hennecinlə nikahından Coel Qoldsmit adlı oğlu var. 18 dəfə “Oskar” mükafatına namizədliyi irəli sürülüb, bir "Oskar"ı var, həmçinin dörd dəfə “Emmi” mükafatı qazanıb. Cerri Qoldsmit 21 iyul 2004-cü ildə 75 yaşında xərçəng xəstəliyi ilə uzun mübarizədən sonra vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Jerry_Goldsmith

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç