Maykl Badalukko

Maykl Badalukko

Aktyor, prodüser

BİOQRAFİYA

Maykl Badalukko 20 dekabr 1954-cü ildə Bruklində (Nyu-York, ABŞ) anadan olub. 1997-2004 illər ərzində çəkildiyi “Təcrübə” teleserialındakı Cimmi Berlüti rolu ilə tanınıb. 1999-cu ildə Badalukko dramatik serialda ən yaxşı ikinci dərəcəli kişi roluna görə “Emmi” mükafatına layiq görülüb. Karyerası boyunca o qırxdan artıq tammetrajlı filmə çəkilib. Onların sırasında: “Sietld oyaqlar” (1993), “Leon” (1994), “Gözəl gün” (1996), “Sizə məktub var” (1998), “Semin qanlı yayı” (1999) və “Olmayan insan” (2001) xüsusilə seçilir. “Təcrübə” teleserialı sona çatdıqdan sonra Badalukkonun aktyorluq karyerasında enmə müşahidə edilib. 2010-cu ildən aktyor ikincidərəcəli rollara çəkilir. Maykl Badalukko "Remember Isobel" (2018), "Milad Əhvalatı" (2007), "Norman Lloyd kimdir?" (2007) filmlərinə prodüserlik edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B0%D0%B4%D0%B0%D0%BB%D1%83%D0%BA%D0%BA%D0%BE,_%D0%9C%D0%B0%D0%B9%D0%BA%D0%BB

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç