Berri Kuk

Berri Kuk

Rejissor

BİOQRAFİYA
Berri Kuk 12 avqust 1958-ci ildə Neşvili şəhərində (Tennessi ştatı, ABŞ) doğulub. Kinematoqrafiyaya maraq onda uşaqlıqdan yaranmışdı, 10 yaşında ikən artıq qısa vedioçarxlar hazırlayırdı. İki il sonra gənclər arasında keçirilən yerli festivallarda mükafatlar qazanır. Kuk bir müddət ABŞ-da qardaşı ilə karikaturalar üzərində çalışır. 18 yaşında karyerasını inkişaf etdirmək üçün Kaliforniyaya (ABŞ) gedir. Burada o, Kolumbiya kollecinə daxil olur. Bir müddət “Hanna Barbera” animasiya studiyasında staj keçir. Həmin studiyada “The Smurfs” animasiya serialının yaradılmasında iştirak edib. Əldə etdiyi təcrübələr nəticəsində Kuk bir neçə ildən sonra ilk tammetrajlı cizgi filmini - “Mulan”ı çəkir. Bu cizgi filmi "Emmi” mükafatı qazanıb. “Qızıl Qlobus” mükafatına namizəd olub. Bu film üzərində iş 1994-cü ildə başlayıb, filmin ruhunu daha yaxşı hiss etdirmək üçün çəkiliş qrupu Çinə yollanıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Barry_Cook

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç