Riza Aziz

Riza Aziz

Prodüser

BİOQRAFİYA

Riza Əziz – malaziyalı kinorejissor, prodüser və “Red Granite Picture” şirkətinin təsisçisidir. Riza Əziz Malaziyada doğulub. Valideynləri Əbdül Əziz Nonq Çik və Rosma Mənsurdur. Valideynlərinin boşanmasından sonra anası siyasəti və keçmiş baş nazir Nəcib Razakaya ərə gedib. Əziz 2010-cu ildə tərəfdaşı Coi Makfarlendlə birgə filmlərin maliyyələşdirilməsi, istehsalatı və distribusiyası ilə məşğul olan “Red Granite Pictures” kino şirkətini təsis edib. Prodüser və müstəqil kino şirkətinin sədri olaraq debütünü “Uşaqlarla dostlaşan” romantik komediyası ilə gerçəkləşdirib. 2012-ci ildə “Sobadan” dramatik trillerinin icraçı prodüseri olub. Daha sonra rejissor Martin Skorsezenin lentə aldığı və Leonardo DiKaprio, Marqo Robbi, İon Hillin baş rollara çəkildiyi “Uol Stitin canavarı” filminə prodüserlik edib. Film 25 dekabr 2013-cü ildə böyük ekranlara çıxıb. 2013-cü ildə isə Daniel Redklifin baş rola çəkildiyi “Buynuzlar” trillerinin prodüseri funksiyasını yerinə yetirib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Riza_Aziz

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç