S. İpeyta Merkerson

S. İpeyta Merkerson

Aktrisa

BİOQRAFİYA

Şaron Epata Merkerson – amerikalı teatr, kino və televiziya aktyorudur. NBC telekanalında yayımlanan “Qanun və Qayda” detektiv serialında leytenant Anita Van Büren rolu ilə məşhurlaşıb. 1993-2010-cu illər ərzində həmin rolu ifa edib. Bu afroamerikalı aktrisanın oynadığı ən uzunmüddətli rol hesab olunur. Karyerası ərzində “Qızıl Qlobus”, “Emmi”,  “Abş kinoaktyorları Gildiyası” mükafatı laureatı olub, iki dəfə “Toni” teatr mükafatına namizəd olub. Televiziya karyerası ilə yanaşı brodvey və qeyri-brodvey səhnəsində də kifayət qədər uğura imza atıb. 2005-ci ildə HBO telekanalının “Lakavanna Bluz” filmində baş rolu ifa edib. Kinoda daha çox “Terminator 2: Qiyamət Günü”, “Yakov nərdivanı”, “Radio” filmlərində oynadığı rolları ilə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/S._Epatha_Merkerson

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç