Kristofer Qanninq

Kristofer Qanninq

Bəstəkar

BİOQRAFİYA

Kristofer Hanninq – ingilis bəstəkardır. Kino və televiziya filmlərinə və seriallara musiqi yazır. Daha çox “Aqata Kristinin Puarosu” detektiv serialına yazdığı saundtreklə məşhurlaşıb. Hanninq 1944-cü ildə Britaniyanın Çeltnem şəhərində anadan olub. Uşaqlıq illərini Londonun şəhər kənarında, Hendonda keçirib. Erkən yaşlarından Mayls Deyvis və Çarli Parkerin yaradıcılığı ilə maraqlanıb, klassik musiqidə Bah, Bethoven, Brams, Bartok, Stravinski və Şönberqdən ilhamlanıb. Gildholl musiqi və teatr məktəbini bitirib. Riçard Bennet və Edmumd Rubbra kimi müəllimlərdən dərs alıb. Hanninq aktiv şəkildə orkestrlərlə əməkdaşlıq edir. London Simfonik Orkestri ilə “Dirilmiş Lazar”filminin musiqisini, Liverpul Kral Filarmonik Orkestri ilə “Yorkşir” kompozisiyasını yazıb. Mütəmadi olaraq Kral Filarmonik Orkestrləri, BBC konsert orkestri, Mançester Kamera Orkestri, Slovak Simfonik Orkestri ilə əməkdaşlığ edir. Kristofer Hanninq – klassik musiqi janrında bir sıra əsərlərin müəllifidir. Bir neçə simfoniyası, qoboy üçün konserti, simli alətlər üçn konserti, fleyta və kiçik simfonik orkestr üçün konserti var. Bir sıra mahnı və musiqilər Chandos leybli altında buraxılıb. Evlidir. Dörd qızı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D0%B0%D0%BD%D0%BD%D0%B8%D0%BD%D0%B3,_%D0%9A%D1%80%D0%B8%D1%81%D1%82%D0%BE%D1%84%D0%B5%D1%80

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç