Devid Kepp

Devid Kepp

Ssenarist, rejissor, prodüser, aktyor

BİOQRAFİYA

Devid Kepp 9 iyun 1963-cü ildə ABŞ-ın Viskonsin ştatında anadan olub. Anası psixoterapevt, atası reklam sahəsinə aid şirkətin sahibidir. Orta təhsilini Uels şəhərciyində alıb. Axşamlar və istirahət günləri “Makdonalds” restoranında işləyib. Qardaşı Stiven Keppdə ssenaristdir. Onunla birlikdə “Qəzet” filminin ssenarisini yazıblar. “Yur dövrü parkı”, “Mümkünsüz tapşırıq”, “Hörümçək-adam” və digər filmlərin ssenaristi kimi tanınır. İlk filmi olan “Sıfır mənzili”nin ssenarisini, 1988-ci ildə həmkarı Martin Donovanla birgə yazıb. 1992-ci ildən bəri tanınmış rejissor Stiven Spilberqlə əməkdaşlıq edir. Onun çəkdiyi bir sıra blokbasterlərin, o cümlədən, “Yura dövrünün parkı” (1 və 2-ci hissələr), “Dünya müharibəsi”, “İndiana Cons və Büllur kəllə krallığı” filmlərinin ssenaristidir. Həmçinin Brayan De Palmanın “Karlitonun yolu”, “Mümkünsüz tapşırıq” və “İlanın gözləri” filmlərinə ssenari yazıb. Rejissor debütünü 1996-cı ildə “Eniş qırmağı effekti” filmi ilə edib. İkinci tammetrajlı filmi Beynəlxalq Fantastik Filmlər Festivalının Qran-Pri mükafatını qazanmış “Əks sədanın sədaları” filmi olub. 2015-ci ildə xarizmalı fırıldaqçı əntiq əşyalar dəllalının sərgüzəştlərindən bəhs edən “Mortdekay” filmini lentə alıb. Baş rollara Conni Depp, Qvinet Peltrou kimi ulduzlar çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B5%D0%BF%D0%BF,_%D0%94%D1%8D%D0%B2%D0%B8%D0%B4

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç