Ues Studi
Aktyor
Ues Studi 17 dekabr 1947-ci ildə Oklahoma ştatında (ABŞ) hindu fermerlərin ailəsində anadan olub. Çeroki hind xalqının nümayəndəsidir. Şimali Oklahomada hindu kənd təsərrüfatı məktəbində oxuyub. Məktəbə qədər ancaq çeroki dilində danışıb. 1967-ci ildə həqiqi hərbi xidmətə çağırılıb və 18 ay Vyetnam müharibəsində döyüşüb. Təxris olunduqdan sonra veteran lüqotlarından istifadə edərək Talse şəhər kollecinə daxil olur. Daha sonra isə universitetə daxil olaraq ali təhsil alır. Onun sonrakı fəaliyyəti kinematoqrafiya ilə əlaqəli olmayıb. Müxtəlif vəzifələrdə çeroki müəllimi, çeroki dilində jurnalist və redaktor işləyib. Şimali Amerika hindularının haqlarının qorunması hərəkatının fəallarından olub. 1973-cü ildə Payn-Ric qoruğunda baş verən Vunded-Ni qarşıdurmasında iştirak edib. Teatr və kinoda debütü 40 yaşından sonra edib. Həyat yoldaşı ilə boşandıqdan sonra dostunun məsləhəti ilə yeni insanlarla tanış olmaq üçün həvəskar teatr aktyorlarının studiyasına yazılıb. Ancaq hobbi tez bir zamanda peşəyə çevrilib. Çəkildiyi sayca üçüncü film – Kevin Kostnerin baş rola çəkildiyi “Canavarlarla rəqs edən” filmi onun karyerasında dönüş nöqtəsinə çevrilib. Filmdə pauni qəbiləsinin başçısı obrazını canlandırıb. Növbəti işi də əvvəlkindən az uğurlu olmayıb. Fenimor Kuperin şah əsəri sayılan “Sonuncu Mogikanın” eyniadlı ekranizasiyasında əsas antaqonisti – Hiyləgər Tülkü obrazını yaradıb. Çıxışı tənqidçilər tərəfindən yüksək qiymətləndirilib. 1993-cü ildə “Ceronimo: Amerika əfsanəsi” filmində çirikaua-apaçilərinin əfsanəvi öndəri Ceronimo obrazını canlandırıb. 2007-ci ildə İva Simonun “Qəlbimi Vuded-Ni-də basıdın” filmində payut qəbiləsindən olan şaman rolunu oynayır. 10 il sonra isə rejissor Skot Kuperin “Düşmənlər” vesterninə çəkilib. Kristian Beyl və Rozamun Payk kimi ulduzlarla tərəf-müqabili olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D1%82%D1%8C%D1%8E%D0%B4%D0%B8,_%D0%A3%D1%8D%D1%81