Dayan Venora

Dayan Venora

Aktrisa

BİOQRAFİYA

Dayan Venora – amerikalı aktrisadır. 1989-cu ildə "Qızıl Qlobus" mükafatına namizəd olub. Dayan Venora 10 avqust 1952-ci ildə ABŞ-ın Konnektikut ştatında anadan olub. 1970-ci ildə orta məktəbi bitirdikdən sonra müxtəlif müzikl və pyeslərdə iştirak edib. Paralel olaraq Boston Konservatoriyasında oxuyub. Oxuduğu zaman Verona Nyu-Yorkun məşhur Culyard Kino Məktəbində təhsil almaq üçün təqaüd qazanır. 1977- ci ildə aktrisa həmin təhsil ocağını bitirib. Təhsili başa vurduqdan sonra teatrda işləməyə başlayıb, ilk növbədə Şekspir pyeslərində iştirak edib. Böyük ekranlarda debütü 1981-ci ildə baş tutub. “Canavarlar” filmində baş qadın rolunu oynayıb. Daha sonra “Kotton klubu” və “Qətl illüziyası” filmlərində görüntülənib. 1988-ci ildə Venora Klint İstvudun “Quş” bioqrafik dramında Çarl Parkerin həyat yoldaşını oynamaqla tənqidçilərin rəğbətini qazanıb. Həmin rol ona müxtəl nominasiyalar, o cümlədən “Qızıl Qlobus” mükafatına namizədlik qazandırıb. 1980-1989-cu illərdə operator Ancey Bartkovyakla evli olub. Boşandıqdan sonra qızının tərbiyəsinə daha çox vaxt ayırmaq üçün 5 illik kinodan ayrılıb. 1994-cü ildə qayıdışını “Çikaqonun ümidi” teleserialında gerçəkləşdirib. Növbəti ilə Al Paçino və De Niro ilə birgə “Qarşıdurma” blokbasterinə çəkilib. Aktrisa həmçinin 1996-cı ilin Şekspir pyesinin müasir adaptasiyası sayılan “Rome + Cülyetta” filmində Ledi Kapuletti roluna çəkilib. Digər əlamətdar rolları “Çaqqal”, “Əsl Cinayət”, “13-cü döyüşçü” filmlərində oynadığı rollar sayılır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Венора,_Дайан

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç