Joakim Baptista di Almeyda

Joakim Baptista di Almeyda

Aktyor

BİOQRAFİYA

Joakim Antoniu Portuqal Baptista di Almeyda 15 mart 1957-ci ildə Portuqaliyanın paytaxtı Lissabonda anadan olub. Aktyorluqla teatrda məşğul olmağa başlayıb. 1980-ci illərdə kinokaryerasına start verib. 1982-ci ildə “Əsgər” döyüş filminə çəkilib. 5 il sonra “Sabahın xeyr, Babilistan” adlı italyan filmində yaratdığı Andrea Bonanno obrazı ilə məşhurlaşıb. 1994-cü ildə isə Tom Klensinin tanınmış romanının ekranizasiyası olan “Açıq-aşkar təhlükə” adlı kəskin-süjetli trillerdə Feliks Kortes roluna çəkilib. Çəkiliş meydançasında tərəf müqabilləri Harrison Ford və Uillem Defo kimi məşhur aktyorlar olub. ABŞ kinematoqrafiyasındakı ulduzunun parlamasından bir il sonra Antonio Banderasın baş rola çəkildiyi “Desperado” filmində baş antaqonist Buço rolunu oynayıb. Daha çox “Forsaj 5” (2011) filmində Reyes, “Killerin cangüdəni” (2017) filmində Cin Fouçer, “Açıq-aşkar təhlükə” (1994) filmində Feliks Kortez, “Desperado” (1995) filmində Muço və “24 saat” serialında Salazar rolu ilə tanınır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Joaquim_de_Almeida

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç