Pas Veqa

Pas Veqa

Aktrisa

BİOQRAFİYA
Pas Veqa 2 yanvar 1976-cı ildə İspaniyanın Əndəlüs vilayətindəki Sevilya şəhərində doğulub. Səhnə təxəllüsünü nənəsindən götürən aktrisa 15 yaşında Federiko Qarsia Lorkanın “Bernardo Albanın evi” tamaşasına baxandan sonra bu sənətə gəlməyə qərar verib. Bir il sonra məktəbi bitirən qız Əndəlüs Teatr Mərkəzi məktəbinə daxil olub. İki il teatr məktəbində oxuduqdan və daha iki il humanitar və sosial elmlərə yiyələndikdən sonra Veqa uğurlu aktrisa karyerası etmək ümidilə Madridə köçür. Onun televiziyadakı debütü “Mənim atam Menudo” teleserialında baş tutub. Bu serialda aktrisanın tərəf müqabili məşhur ispan müğənnisi El Fari idi. Aktrisa çəkilişləri 1999-cu ildə başlayan "Yeddi həyat" serialı ilə tanınmağa başlayıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://az.wikipedia.org/wiki/Pas_Veqa
FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç