Tim Rot

Tim Rot

Aktyor, rejissor, prodüser

BİOQRAFİYA
Tim Rot 14 may 1961-ci ildə Londonda (İngiltərə) anadan olub. Ən məşhur rollarını Kventin Tarantinonun “Quduz itlər”, “Kriminal qiraət”, “Dörd otaq”, “Nifrət doğuran səkkizlik” filmlərində alıb. Həmçinin “Pianoçu haqqında əfsanə”, “Rozenkrans və Gildenstern ölüb“ filmlərindəki və “Aldat məni” serialındakı rollarına görə də məşhurdur. Timoti Saymon Smit Londonda anadan olub. Atası Erni jurnalist, anası Enn peyzajçı-rəssam olub. İkinci Dünya müharibəsindən sonra Britaniyaya düşmən olan ölkələrə səyahət etdiyindən köhnə soyadını “Rot“a dəyişib. Tim Rot orta məktəbi bitirdikdən sonra Kemberuell İncəsənət Məktəbinə daxil olub, heykəltəraşlıq üzrə təhsil alıb. Onun teledebütü 21 yaşında baş tutub. “Britaniyada istehsal olunub” adlı filmdə skinhed, ultra-millətçi rolunu oynayıb. Böyük ekranda debütünü isə 1984-cü ildə gerçəkləşdirib. Stiven Frirzanın “Satqın” filmində muzdlu qatil rolunu oynayıb. Həmin rola görə "Ən yaxşı debütant" nominasiyasında Evening Standard mükafatına layiq görülüb. 1980-ci illərin sonlarında daha bir neçə müstəqil rejissor filmlərinə çəkilir. 1990-ci illərdən etibarən, beynəlxalq səviyyəli rejissorların da diqqətini cəlb etməyə başlayır. “Vinsen və Teo” filmində Vinsent Van Qoq roluna çəkilir. Aktyorun oyunu rejissor Kventin Tarantinonun xoşuna gəlir və onu “Quduz köpəklər” (1992) filmində cənab Narıncı roluna götürür. Həmin rol Rotun Holivuda aparan yolunu açır. 1994-cü ildə Tarantino onu növbəti ekran əsəri “Kriminal Qiraət”də oğru Rinqo roluna dəvət edir. 1995-ci ildə Tarantino ilə əməkdaşlığını davam etdirir və “Dörd otaq” adlı tragikomediyada baş rola çəkilir. İngiltərədə yaşadığı illərdə Lori Beykerlə vətəndaş nikahında olub. 1984-cü ildə Cek adlı oğlu doğulub. ABŞ-a köçməyi qərara aldıqdan sonra Lori və Tim yollarını ayırıblar. Sonradan oğlu Ceki də özüylə ABŞ-a aparıb. 1992-ci ildə Sandens festivalında dizayner Nikki Batlerlə tanış olub. 1993-cü ildə onlar ailə qurublar. Tim və Nikkinin birgə nikahdan iki oğlu var. Oğlanlarına sevdiyi yazıçıların (Hanter Tompson və Kormak Makkarti) adlarını qoyub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Tim_Roth

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç