Frenk Darabont 28 yanvar 1959-cu ildə Montbeliard (Fransa) adlı qaçqın düşərgəsində anadan olub. Onun valideynləri - macarlar öz doğma ölkələrindən 1956-cı il inqilabından sonra qaçıblar. Amerikaya uşaq ikən gətirilən Frank ailəsi ilə birgə Los-Anceles şəhərində məskunlaşır və Hollivudun orta məktəbində təhsil alır. Onun filmdəki ilk işi 1981-ci ildə çəkilmiş və aşağıbüdcəli olan "Hell Night" filmində prodüser köməkçisi idi. O biri altı ili isə o Hollivudda dekorçu və bədii rəhbərin köməkçisi kimi çalışır. 1981-ci ildə “Cəhənnəm gecəsi” adlı filmin çəkiliş meydançasında isə Frenk Darabont Çak Rassellə tanış olur və bu görüşdən sonra onların səmərəli əməkdaşlığı başlayır. Onlar birlikdə üçüncü ekran əsəri olan ”Vyazov küçəsindəki dəhşət” filminin ssenarisini yazırlar. Bundan başqa, Frenk Darabont “Milçək 2” fantastik lentin çəkilməsində iştirak edir. Böyük kinodakı debütünü isə rejissor 1994-cü ildəki ”Şouşenkdən qaçış” həbsxana haqqında dramında edir. Bu film həm tamaşaçılar, həm də tənqidçilər tərəfindən böyük hərarətlə qarşılanır və “Oskar” üzrə yeddi nominasiya alır. Bundan əvvəl də Frenk Darabont televiziyada da uğurla işləyir; onun rejissor kimi debütü “Diri-diri basdırılmış” (1990) trillerində olur. 1983-cü ildə isə Frenk Darabont Stiven Kinqın hekayəsi üzrə “Otaqdakı qadın” filmini çəkir. Darabont həmçinin “Qara pişiyin qaçışı” filminin yaradılmasında da iştirak edib və populyar serial olan “Gənc İndiana Cons” üçün epizodlar yazıb. 1999-cu ildə isə ekranlara Stiven Kinqın romanı üzrə “Yaşıl mil” filmi çıxır. Burada baş rolları Tom Henks, Devid Mors, Maykl Klark Dunkan oynayıb. Bundan sonra isə Stiven Kinqın əsərləri əsasında “Duman” (2007) və “Əzəmətli” (2001) filmlərini çəkib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://www.imdb.com/name/nm0001104/bio?ref_=nm_ov_...