Alan Arkin 26 mart 1934-cü ildə Bruklində (Nyu-York ştatı, ABŞ) anadan olub. 1967-ci ildə “Qızıl Qlobus” mükafatının laureatı olub. 2007-ci ildə “Oskar” və BAFTA mükafatlarına layiq görülüb. Arkinin ilk həyat yoldaşı Ceremi Yeff olub. Onlar 1955-ci ildən 1961-ci ilə kimi evli olublar. Cütlüyün Adam və Metyu adlı iki oğlu var. 1964-cü ildə Alan aktrisa, ssenarist Barbara Dana ilə evlənib. 1967-ci ildə onların Entoni adlı oğulları dünyaya gəlib. 1990-cı ilin ortalarında, 25 illik evlilikdən sonra boşanıblar. 1996-cı ildə aktyor psixoterapevt Süzanna Nyulenderlə evlənib. Kaliforniyada yaşayır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Alan_Arkin