Denni DeVito

Denni DeVito

Aktyor

BİOQRAFİYA

Daniel Maykl "Denni" DeVito (kiçik) - amerikalı aktyor, rejissor, prodüserdir. 17 noyabr 1944-cü ildə ABŞ-da italyan əsilli ailədə doğulub. Onun ilk sənəti bərbər olub. De Vito Uilfred Bərbər Akademiyasını bitirib. Film karyerası 1971-ci ildən başlayır. Denni De Vito ilk uğurunu "Qu quşu yuvasının üzərindən uçarkən" filmində qazanır. 1984-cü ildə çəkilən "Daş ilə roman" filmindəki balacaboy qanqster rolundan sonra məşhurlaşır. "Taksi" serialında taksi xidmətinin dispetçeri Lui De Palma roluna görə "Qızıl qlobus" və "Emmi" mükafatlarına layiq görülüb. 1985-ci ildən başlayaraq komediya filmlərində çəkilməyə başlayır. 1992-ci ildə öz kino şirkətini ("Jersey Films") təsis edir. Bu şirkətin çəkdiyi "Doğrudan da dişləyir" və "Kriminal qiraət" kimi filmlər ona böyük uğur gətirib. 2012-ci ildə "Loraks" animasiya filmində film tarixində ilk aktyor kimi bir neçə dildə - ingilis, rus, alman, italyan, ispan) dillərində səsləndirib. Aktrisa Rea Perlmanla ailəlidir. Cütlüyün üç övladı var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Denni_De_Vito

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç