Endrü Nikkol
Ssenarist, rejissor, prodüser
Endrü Nikkol 10 iyun 1964-cü ildə Yeni Zelandiyada anadan olub. Oklend gimnaziyasında təhsil aldıqdan sonra, 21 yaşı olanda Londona köçüb və burada 10 ilə yaxın televiziyalar üçün reklam çarxları çəkib. Sonradan Los-Ancelesə köçən Endrü, “Qattaka” filmi ilə debüt edib. Film tənqidçilər tərəfindən müsbət rəylər alıb və bir çox kino festivallarında mükafata layiq görülüb. Tanınmış prodüser Skott Rudin Nikkol tərəfindən yazılmış ssenari əsasında 1998-ci ildə “Truman Şou” filmini çəkir. Film bir çox mükafatlara layiq görülməklə yanaşı, “Qızıl Qlobus” və “Oskar” mükafatlarına namizəd göstərilib. “Simona” filminin çəkilişləri zamanı Nikkol model Reyçel Robertslə tanış olur və bir müddət sonra evlənirlər. Cütlüyün Cek adlı oğlu, Eyvu Lilu Rey adlı qızı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Andrew_Niccol