Pola Petton

Pola Petton

Aktrisa, prodüser

BİOQRAFİYA

Pola Maksin Petton 5 dekabr 1975-ci ildə Los-Anceles şəhərində (Kaliforniya ştatı, ABŞ) anadan olub. Uşaqlığında ailə ilə birlikdə 20th Century Fox studiyası yaxınlığında yaşayıb. Anası məktəbdə müəllimə işləyib, atası hüquqşünas olub. Pola Los-Ancelesin Aleksandr Hamilton adına orta məktəbini bitirib. Məktəb illərindən etibarən şagird tamaşalarında iştirak edib. Orta təhsili başa vurduqdan sonra Berkli Universitetinə qəbul olunsa da, çox keçmədən Cənubi Kaliforniya Universitetinin Kino İncəsənət Məktəbinə daxil olub. Əldə etdiyi diplom ona sənədli filmlərdə rejissor assistenti işləməyə kömək edib. "Discovery Health Channel" kanalının sifarişi ilə çəkilən sənədli filmlərin hazırlanmasında iştirak edib. 2000-2002-ci illərdə “Tibb gündəliyi” adlı sənədli tibbi serialın prodüseri olub. 2005-ci ildən etibarən aktrisalıq fəaliyyətinə start verib. “Hitç metodu”, “London” və “Qətl kitabı” kimi filmlərdə rol alıb. Ona ilk uğur gətirən film 2006-cı ildə böyük ekranlara çıxmış “Dejavü” adlı fantastik trilleri olur. Filmdə tərəf-müqabili Denzel Vaşinqton olub. Həmin rola görə  “Black Reel Awards 2007” mükafatına namizəd olub. 2008-ci ildə “Güzgü” adlı qorxu filminə çəkilib. 2009-cu ildə “Xəzinə” filmində baş qəhrəmanın müəllimi – miss Blu Reyn rolunu oynayıb. Həmin rola görə “Boston kinotənqidçiləri cəmiyyətinin” mükafatı ilə təltif olunub, həmçinin bir sıra mötəbər kinomükafatlara nominasiya qazanıb. 2011-ci ildə Tom Kruzla birgə “Çətin Tapşırıq” franşizasının “Fantom Protokolu” adlı hissəsinə baş rollara çəkilib. Daha əvvəl isə “Toy sınağı” adlı romantik komediyanın çəkilişlərində iştirak edib. Bundan başqa “Əlaqə yoxdur” (2012), “İki Tapança” (2013), “Baqajın təhvili” (2013), “Ötən gecə nə baş verib” (2014) filmlərində rollar alıb. 2016-cı ildə onun iştirakı ilə 3 film böyük ekranlara yol tapıb: “Varkratf”, “İdeal Seçim” və “Hər şeyi yenidən”. Daha çox “Deja Vü”, “Güzgü”, “Xəzinə”, “Çətin tapşırıq: Fantom protokolu”, “İki tapança” və “Varkraft” filmlərində oynadığı rollarla yadda qalıb. 1993-cü ildən müğənni Robin Tiklə görüşüb. 2005-ci ildə evləniblər. 2010-cu ildə Culian Fueqo Tik adlı oğlu dünyaya gəlib. 2014-cü ildə cütlük ayrıldıqlarını elan edib. Boşanma 2015-ci ilin aprel ayında rəsmiləşib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B0%D1%82%D1%82%D0%BE%D0%BD,_%D0%9F%D0%BE%D0%BB%D0%B0

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç