Bred Börd
Rejissor, ssenarist, prodüser, aktyor
Fillip Bredli Börd (Bred Börd) 24 sentyabr 1957-ci ildə ABŞ-ın Montana ştatında doğulub. Amerikalı kinorejissor, ssenarist, multiplikator, iki qat “Oskar” laureatıdır. “Ratatuy” (2007), “Super ailə” (2004) kimi tanınmış cizgi filmlərinin rejissorudur. Eyni zamanda “Warner Bros” şirkətinin sifarişi ilə çəkilmiş “Dəmir nəhəng” cizgi filminin ssenaristi və rejissorudur. Doğma Montana ştatında boya-başa çatıb. 11 yaşı olanda Walt Disney studiyasındakı ekskursiya zamanı gələcəkdə animator olmağı qarşısına məqsəd qoyur. 14 yaşından studiyada kurslara yazılır. Həmin vaxta qədər özü müstəqil şəkildə öz ilk cizgi filmini yaradır. Studiyanın ən təcrübəli animatorlarından olan Milt Kahl, istedadlı uşağı şagird götürür. Studiya eyni zamanda onun Kaliforniya incəsənət universitetində təhsilini maliyyələşdirir. Tələbəlik illərində Börd “Pixar” animasiya studiyasının təsisçilərindən olan Con Lasseterlə tanış olur. Ali təhsilini başa vurduqdan sonra Börd bir müddət "Disney" studiyasında çalışır. Ancaq sonradan müstəqil şəkildə karyera qurmağa qərar verir. Yeni animatora uğur elə də tez gəlmir. Yalnız 1999-cu ildə böyük ekranlara tammetrajlı cizgi filmi – “Dəmir nəhəngin” çıxması ilə rejissor tənqidçilərin rəğbətini qazanır. Lassester Bördün işini yüksək qiymətləndirərək onu “Super ailə” (2004) cizgi filminin rejissoru olmağa dəvət edir. 2004-cü ildə ekranlara çıxmış animasiyaya eyni zamanda ssenarilik edir. Cizgi filmi böyük kassa uğuru qazanır (600 milyon dollar gəlir götürür). Həmin cizgi filminə görə 2005-ci ildə ilk “Oskar” mükafatını əldə edir. 2007-ci ildə isə “Ratatuy” cizgi filmi də birincidən az uğurlu olmur, ona növbəti “Oskar” mükafatını qazandırır. 2018-ci ildə isə böyük ekranlara onun rejissoru olduğu “Super ailə 2” sikveli çıxıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D1%91%D1%80%D0%B4,_%D0%91%D1%80%D1%8D%D0%B4