Bernard Hill

Bernard Hill

Aktyor, prodüser

BİOQRAFİYA

Bernard Hill 17 dekabr 1944-cü ildə Mançesterdə anadan olub. 30 illik karyerası ərzində daha çox “Titanik” filmində kapitan Edvard Con Smit, “Üzüklərin hökmdarı” kinotrilogiyasında kral Teoden və “Əsl cinayət” dramında San-Kventin həbsxnanasının rektoru rolları ilə yaddaşlarda qalıb. Hill kinematoqrafiya tarixində 11-dən çox “Oskar” mükafatı almış iki filmə çəkilən yeganə aktyor sayılır (“Titanik” və “Üzüklərin hökmdarı: Kralın qayıdışı” ). Əvvəl Ksaverian kollecində oxuyub, ardınca Mançesterin politexnik dram məktəbinə daxil olub və 1970-cı ildə məzun olub. Hillə şöhrət qazandıran ilk rol “Blekstaflı oğlanlar” teleserialında Yosser Hyuz rolu olub. Onun qəhrəmanının “Bizə iş verin” şüarı yüksək işsizlik səviyyəsinə görə Tetçer hökumətinə qarşı keçirilən etiraz aksiyalarında əsas şüarlardan birinə çevrilib. Həmin rol Hillə çoxsaylı mükafatlar qazandırıb. 1982-ci ildə “Qandi” filmində serjant Putnem roluna çəkilib. Lent tənqidçilərin rəğbətini qazanıb və “Oskar” mükafatı ilə təltif olunub. 1984-cü ildə “Baunti” gəmisi haqqında dördüncü filmdə görüntülənib. 1985-ci ildə “Həyata səyahət” dramda rol alır. Eyni zamanda “Albalı bağı” komediyasının bir epizoduna çəkilir. 1989-cu ildə “Şirli Valentayn” filmində oynadığı Co roluna görə, tənqidçilərin müsbət rəyini qazanıb. 90-cı illərdə çox sayda filmlərə çəkilib. İlk baş rolu 1996-cı ildə lentə alınmış, Afrika sakinlərini uzun müddət qorxu içində saxlayan adamyeyən şirlərin hekayəsini danışan “Kabus və Zülmət” filmində baş rola çəkilib. Növbəti uğurlu rolu “Titanik”də kapitan Edvard Con Smit rolu olub. 2002-ci ildə “Əqrəblər kralı” filmində Filos roluna çəkilib. Karyerasının ən uğurlu rollarından biri də Piter Ceksonun “Üzüklərin hökmdarı” kinotrilogiyasında kral Teoden roludur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B8%D0%BB%D0%BB,_%D0%91%D0%B5%D1%80%D0%BD%D0%B0%D1%80%D0%B4

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç