Uitni Hyuston
Müğənni, aktrisa, prodüser, model
Uitni Elizabet Hyuston 9 avqust 1963-cü ildə Nyu-Cersidə (ABŞ) dünyaya göz açıb. Anası Elvis Preslinin vokalisti, əmisi oğlu Dion Uarvik superstar, xaç anası Aneta Franklin isə əfsanəvi müğənni idi. Belə ailədə Uitni də uşaqlıq yaşlarından etibarən musiqi ilə maraqlanmağa başlayır. Əvvəllər Nyu-Cersidə kilsə xorlarında mahnı oxuyan Uitni zamanla professionallığa addım atırdı. Əvvəllər anasının, Çaka Xanın və Lou Raulsun vokalisti olan Uitni eyni zamanda modellik də edirdi. Nyu-Yorkdakı bəzi klublarda səhnəyə çıxırdı. O dövrün məşhur “Glamour”, “Seventeen” jurnallarının üz qapağını bəzəyirdi. Digər tərəfdən də səsini inkişaf etdirir, professional müğənnilik həyatına hazırlaşırdı. Kevin Kostnerlə çəkildiyi "Cangüdən" (1992) filmi 90-cı illərin ən çox baxılan filmlərindən olmuş, filmdə oxunan mahnılar isə hitə çevrilmişdi. 16 yanvar 2010-cu ildə Uitni Hyuston "I Look to You" albomuna görə "BET Awards" mükafatına layiq görülüb. Dünya şöhrətli müğənni Uitni Hyustonun qızı Bobbi Kristina Broun anasının övladlığa götürdüyü Nik Qordonla ailə qurub. Bobbi 2015-ci il 31 yanvarda Atlantadakı evində huşsuz vəziyyətdə tapılıb. 22 yaşlı Bobbi Kristina Braun 6 ay komada qaldıqdan sonra iyulun 27-də vəfat edib. Onun narkotik aludəçisi olduğu bildirilirdi. O, Atlantada anasının qəbrinin yanında dəfn edilib. Dəfn mərasimi Uitni Hyustonun "Jesus Loves Me" mahnısının sədaları altında keçib. Bobbi Kristinanın başına gələnlərdə əri Nik Qordonun günahı olduğu istisna edilmir. O, gənc həyat yoldaşını huşsuz halda hamam otağında tapdığını deyib. Lakin onun Bobbini döydüyü, sonra isə təcili yardıma xəbər verdiyi ehtimal edilir. İstintaq bir neçə versiya üzərində çalışır.
Ətraflı məlumat üçün linkə basın:
https://az.wikipedia.org/wiki/Uitni_Hyuston