Don Conson

Don Conson

Aktyor, müğənni

BİOQRAFİYA

Don Conson 15 dekabr 1949-cu ildə fermer ailəsində anadan olub. 11 yaşında olanda valideynləri boşanıb. Anası və dörd bacı-qardaşı ilə Kanzasa köçüblər. Yeniyetməlik illərində tez-tez qanunla problemləri olurdu. Aktyorluq istedadı hələ məktəb illərindən üzə çıxıb. Məktəb müəllimlərindən biri onun Kanzas Universitetində dram sənəti üzrə ali təhsil alması üçün təqaüd əldə etməsinə köməklik edib. İlk rolunu San-Fransisko şəhərinin Amerika Konservatoriya Teatrında “Your own thing” adlı rok-müzikl tamaşasında oynayıb. 1969-cu ildə Conson “Fortune and Men’s Eyes” adlı tamaşada baş rolu oynayıb. Ekranlarda debütünü bir il sonra “Stenli Suithartın möcüzəvi bağı” filmində gerçəkləşdirib. 1975-ci ildə “Oğlan və onun iti” adlı elmi-fantastik serialda baş rola çəkilib. Həmin rola görə Conson ən yaxşı baş rol ifaçısı kateqoriyasında “Saturn” mükafatına layiq görülüb. Ancaq Don Cons bu uğurunu yüksələn templərlə davam etdirə bilməyib. Serial beşinci pilot seriyasından sonra bağlanıb. Daha sonra karyerasının ən uğurlu layihələrindən olmuş “Mayami polisi” serialında çəkilib. Çəkilişlərin qrafikinin sıx olmasına görə, həmin ərəfədə əksər kino təkliflərini rədd etməli olub. 1984-cü ildə onun iştirak ilə 3 bədii film ekranlara çıxıb: “Atəşkəs” (1985), “Aşiqlərin rəqsi” (Sweet Hearts Dance) və “Ölümünə” (1989). 1990-cı ildə çəkildiyi “Odla oyun” filmi kommersiya uğursuzluğuna düçar olub.  Bundan başqa “Cənnət” (1991), “Harli Devidson və Kovboy Malboro” (1991) və “Sevgi dərsləri” (1993) filmləri də eyni aqibəti yaşayıb. Növbəti illərdə başlıca olaraq televiziya layihələrində iştirak edib. 1996-2001-ci illərdə karyerasına öz damğasını vurmuş “Xəfiyyə Neş Brics” serialında baş rolu ifa edib. 1996-cı ildə Kevin Kostnerlə birlikdə “Tənəkə Kubok” (1996) komediyasına çəkilib. Elə həmin il onun adına Hollivudun Şöhrət xiyabanında ulduz lövhəsi qoyulub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B6%D0%BE%D0%BD%D1%81%D0%BE%D0%BD,_%D0%94%D0%BE%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç