Kerri Vaşinqton
Aktrisa, prodüser
Kerri Marisa Vaşinqton 31 yanvar 1977-ci ildə Bronksda (Nyu-York ştatı, ABŞ) anadan olub. “Rey” (2004), “Fantastik dördlük” (2005), Sonuncu Şotlandiya kralı (2006), “Fantastik dördlük: Gümüş serferin hücumu” (2007) və “Canqo” (2012) filmlərindəki rolları ilə tanınıb. 2012-ci ildən ABC kanalında “Münaqişə” siyasi teleserialında Oliviya Poup baş rolu ifa edib. 2013 və 2014-cü illərdə Vaşinqton dram serialında ən yaxşı qadın roluna görə “Emmi” mükafatına namizəd olub. 2001-ci ildə “Sonuncu rəqs mənimdir” filmindəki rolundan sonra Vaşinqtonun karyerasında sıçrayış oldu. Ardınca “Lift” filmindəki ən yaxşı qadın rolu nominasiyasında “Azad ruh” mükafatına namizəd olub. Onun karyerasında daha bir əhəmiyyətli rol 2006-cı ildə “Şotlandiyanın sonuncu kralı” filmində Uqanda diktatoru İdi Aminin həyat yoldaşı rolu olub. “Pis əhatə” (2002), “Mister və Missis Smit” (2005), “Dəcəl” (2006), “Mənə elə gəlir arvadımı sevirəm” (2007) və “Min söz” (2011), “Ölü qız” (2006), “Krektaunda şən həyat” (2009) və “Ana və bala” (2010) filmlərində çəkilib. 2010-cu ildə eyniadlı pyes əsasında ekranlaşdırılmış “Məhəbbət nəğməsi” filmində Filisiya Raşad, Loretta Divayn, Kimberli Eliz və Vupi Qoldberq kimi tanınmış aktrisalarla birlikdə çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B0%D1%88%D0%B8%D0%BD%D0%B3%D1%82%D0%BE%D0%BD,_%D0%9A%D0%B5%D1%80%D1%80%D0%B8