Polina Porizkova

Polina Porizkova

Aktrisa, yazıçı, model

BİOQRAFİYA
Polina Porizkova 9 aprel 1965-ci ildə Prosteyov şəhərində (keçmiş Çexoslovakiya, indi Çexiya ərazisi) doğulub. 1968-ci ildə valideynləri Çexoslovakiyadan İsveçə köçür və azyaşlı qızı nənəsinin yanında qoyurlar. Polina isə yalnız yeddi ildən sonra İsveçə köçə bilir. 1980-ci ildə modellik karyerasına Parisdə (Fransa) başlayır. 1984-cü ildə “Sports Illustrated Swimsuit Issue” jurnalında çəkilən ilk Şərqi Avropa modeli olur. 1987-ci ildə məşhur “Playboy” jurnalında çəkilir. 1993-cü ildə ikinci uşağı dünyaya gəldikdən sonra modelliyi buraxır və fəaliyyətinə aktrisa kimi davam edir. 1993-cü ildə Porizkova məşhur rejissor Emir Kusturitsanın “Arizona arzusu” filminə çəkilir. Bundan əlavə, Porizkova həm də yazıçıdır. Onun ilk kitabının adı “A Model Summer” adlanır. 23 avqust 1989-cu ildən Polina musiqiçi və aktyor Rik Okeyseklə evlidir. Onların iki oğlu var. Lakin cütlük 2017-ci ildən ayrılıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Paulina_Porizkova

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç