Keri Louell

Keri Louell

Aktrisa, model

BİOQRAFİYA

Keri Louell 11 fevral 1961-ci ildə Nyu-York ştatının Hantinqton şəhərində anadan olub. Nyu-York Universiteti nəzdində fəaliyyət göstərən kollecdə oxuyub. Paralel olaraq “Ralph Lauren” və “Calvin Klein” şirkətləri üçün model fəaliyyəti ilə məşğul olub. Louellə şöhrət qazandıran rol 1989-cu ildə Ceyms Bond haqqında “Öldürmək üçün icazə” filmində oynadığı Bondun sevgilisi rolu olub. Həmçinin bir sıra reytinqli filmlərdə, o cümlədən, “Qəyyum” və “Sietlin oyaqları” filmlərində ikinci plan rolları olub. 1991-2001-ci illərdə “Qanun və qayda” teleserialında yerli prokurorun köməkçisi rolunu oynayıb. 2005-ci ildə “Qanun və qayda” serilanın spin-off-u sayılan “Münsiflər məhkəməsi” serialında görüntülənib. Louell üç dəfə ərdə olub. Fotoqraf Con Stemberlə nikahı 1984-1988-ci illər ərzində davam edib. Daha sonra 1989-cu ildə aktyor Qriffin Dannla ailə qurub. 1995-ci ildə nikah münasibətlərinə xitam verilib. 9 noyabr 2002-ci ildə Louell aktyor Riçard Girə ərə gedib. Tərəflər 11 illik evlilikdən sonra 2013-cü ildə ayrıldıqlarını elan ediblər. Cütlüyün bir övladı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%BE%D1%83%D...

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç