Erik Stounstrit

Erik Stounstrit

Aktyor

BİOQRAFİYA

Erik Stounstrit – amerikalı kino və televiziya aktyorudur. Daha çox “Amerika ailəsi” teleserialında oynadığı Kemeron Taker rolu ilə məşhurlaşıb. Həmin rol ona iki “Emmi” mükafatı qazandırıb (2010,2012). Erik Stounstrit 9 sentyabr 1971-ci ildə ABŞ-ın Kanzas ştatının Kanzas-siti şəhərində anadan olub. Uşaqlığında kloun olmağı arzulayıb. “Payper” orta məktəbini bitirib, 1996-cı ildə isə Kanzas Dövlət Universitetinin məzunu olub. Stounstrit iki il "The Second City" aktyor hazırlıq mərkəzində oxuyub. Sonradan Los-Ancelesə köçərək, peşəkar karyerasına başlayıb. İlk rolunu Kemeron Rkounun “Az qala məşhur” (2000) adlı musiqili tragikomediyasında (kargüzar Şeldon rolu) oynayıb. Televiziyada debüt çıxışını 1999-cu ildə edib. Sonrada “Malkolm diqqət mərkəzində”, “Providens” (2002), “CSI: Cinayət yeri” (2001-2005) kimi seriallarda rol alıb. Sonuncunun 13 epizoduna çəkilib. Stounstrit “Los-anceles Kinqs” hokkey klubunun sadiq azarkeşidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Eric_Stonestreet

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç