Lu Daymond Fillips
Aktyor
Lu Daymond Fillips (ing. Lou Diamond Phillips) – amerikalı kinoaktyordur. Lu Daymond Fillips 17 fevral 1962-ci ildə Filippində anadan olub. Xarizmatik xarici görünüşünü aktyor damarlarından filippin, havay, yapon, ispan, şotland-irland və hindu (çeroki) qanının axması ilə əlaqələndirir. Luya valideynləri İkinci Dünya Müharibəsi qəhrəmanı Lilanda “Lu” Daymondun adını veriblər. Uşaqlığında Amerikanın demək olar ki, əksər ştatlarını gəzib dolanıb. Sonradan Texas ştatında qərarlaşıb. Orada Arlinqton Texas Universitetinin teatr dram fakültəsini bitirib. İlk böyük rolunu Fillips Luis Valdesin bioqrafik “La Bamba” dramında oynayıb. Orada tanınmış musiqiçi Riçi Valensin obrazını canlandırıb. Növbəti uğurları ona “Dik dur və nail ol” (həmin rol ona Qızıl Qlobus mükafatına nominasiya qazandırıb), “Gənc atıcılar” və “Gənc atıcılar 2” filmləri gətirib. 1990-cı illərin ortalarında kino ilə yanaşı musiqi sahəsində də aktiv fəaliyyət göstərib. “The Pipefitters” (Los-Anceles) rok qrupunun vokalisti olub. 1990-cı illərin sonlarında Daymond Fillips “Qanun və qayda: xüsusi korpus” və “24 saat” kimi seriallarda uğurlu rollar oynayıb. Ən əlamətdar rollarından birini isə Conatan Kaplanın “Dağılmış Saray” filmində oynayıb. Üç dəfə evli olub. Rejissor Culi Saferlə evliliyi cəmi 3 il davam edib (1987-1990). 1993-cü ildə model Kelli Prestonla izdivaca daxil olub. Ancaq bu evliliyin də ömrü qısa olub (hərçənd bu nikahdan üç övladı olub). Sonralar İvonn Boismierlə münasibətlərini rəsmiləşdirib. Cütlüyün bir övladı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%B8%D0%BB%D0%BB%D0%B8%D0%BF%D1%81,_%D0%9B%D1%83_%D0%94%D0%B0%D0%B9%D0%BC%D0%BE%D0%BD%D0%B4