Kevin C.Okonnor

Kevin C.Okonnor

Aktyor

BİOQRAFİYA

Kevin Ceyms Okonnor – amerikalı aktyordur. Daha çox “Mumya”, “İllüziyaların hökmdarı”, “Qəhrəman”, “Val Helsinq” filmlərində canlandırdığı obrazlarla yadda qalıb. 15 noyabr 1963-cü ildə ABŞ-ın Çikaqo şəhərində anadan olub. 1979-cu ildə aktyor olaraq “Havayi 5-O” detektiv serialında debüt edib (2 epizoduna çəkilib). 1985-ci ildə “Goodman School of Drama” aktyorluq məktəbini bitirib. Bir ildən sonra isə “Peggi Syü ərə getdi” adlı filmin dünya premyerası baş tutub: həmin ekran əsərində lentin baş qəhrəmanının müvəqqəti sevgilisi rolunu oynayır. Film tənqidçilər tərəfindən yüksək qiymətləndirilir və bir sıra mükafatlara layiq görülür. Hətta 3 kateqoriyada “Oskar” mükafatına namizəd olub. 1990-cı illərdə “Qəhrəman”, “Mumiya” filmlərində oynadığı rollarla seçilib. 2000-ci illərdə isə ikiqat “Oskar” mükafatçısı olan “Neft” (2007) blokbasterində mərkəzi rollardan birini oynayıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9E%E2%80%99%D0%9A%D0%BE%D0%BD%D0%BD%D0%BE%D1%80,_%D0%9A%D0%B5%D0%B2%D0%B8%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç