Keyt Bekinseyl
Aktrisa
Keyt Bekinseyl 26 iyul 1973-cü ildə Londonda (İngiltərə) teatr və televiziya aktrisası Cudi Lo və məşhur televiziya aktyoru Riçard Bekinseylin ailəsində doğulub. Atası 1979-cu ildə, 31 yaşında vəfat edib. Keytin böyük bacısı Samanta da aktrisadır. London məktəblərinin birində təhsil alan Keyt gənc yazarlar arasında birinci yer tutsa da, məktəbi bitirdikdən sonra valideynlərinin yolunu davam etdirərək aktyorluq karyerasına başlayır. Keyt Bekinseyl uzun müddət aktyor Maykl Şinomla görüşür və bu münasibətdən 1999-cı il yanvarın 31-də qızı Lili Mo Şin dünyaya gəlir. 2003-cü ildə Şinlə ayrılandan bir neçə ay sonra Bekinseyl rejissor Len Uayzmanla nişanlanır və cütlük 2004-cü ilin mayında Los-Ancelesdə evlənir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Keyt_Bekinseyl