Stiven Sommers

Stiven Sommers

Rejissor, prodüser, ssenarist

BİOQRAFİYA

Stiven Sommers 20 mart 1962-ci ildə Indiana ştatında (ABŞ) anadan olub. 1980-ci ildə Minnesota ştatının Kollecvil şəhərində Müqəddəs Con Universitetini bitirib. Daha sonra İspaniyanın Sevilya Universitetinin məzunu olub. Ali təhsili başa vurduqdan sonra 4 il müxtəlif teatr qruplarında çalışıb, həmçinin kiçik rok-qrupun rəhbəri olaraq bütün Avropanı gəzib. ABŞ-a qayıtdıqdan sonra Los-Anceles şəhərində məskunlaşıb. Orada USC Kinematoqrafiya İncəsənəti Məktəbinə daxil olub. 3 il oxuduqdan sonra “Möhtəşəm Alibi” adlı qısametrajlı filmini lentə alıb. Mükafata layiq görülən həmin film, Sommersin müstəqil bədii filmlərin çəkilişinə maliyyə mənbəyi tapmasında kömək olur. Doğma şəhər Sent-Klaudedə  800 min dollar büdcə ilə “Bacarırsan məni tut” adlı yeniyetmə filmini çəkir. Film Kann kinofestivalında 7 milyon dollara satılır, daha sonra Birləşmiş Ştatlarda videoda debüt edir. 4 ildən sonra rejissor müflis olub və ipotekada olan evinin əlindən alınmaması üçün Mark Tveninin “Hekklberi Finin macəraları” romanının ekran adapatasiyasını hazırlayıb. Həmçinin “Cəngəllik kitabı” romanının motivləri əsasında ssenari yazıb. Ardınca “Atıcı” və “Tom və Hek” filmlərinin ssenari müəllifi olub, paralel olaraq "Disney" studiyasında prodüserlik edib. 1998-ci ildə “Dərinlikdən yüksəliş” filmini lentə alıb. 1999-cu ildə karyerasına öz damğasını vurmuş “Mumiya” macarə filmini çəkib. Yüksək büdcəli ekran əsəri yeni franşizanın əsasını qoyur. Film ən yaxşı səs effektlərinə görə “Oskar” mükafatına layiq görülür. Film qısa zamanda 20-ci əsrin sonunun kult kinosuna çevrilir. Bundan başqa “Saturn” mükafatına 2 nominasiya qazanır. İki ildən sonra filmin sikveli – “Mumiya geri qayıdır” filmini çəkir. Həmçinin onun həm prikveli həm də spinofu sayılan “Əqrəblərin padşahı” macəra filmini ərsəyə gətirir. 2004-cü ildə Sommers “The Sommers Company” adlı şəxsi şirkətini yaradır və böyük ekranlara “Van Helsinq” qorxu-macəra filmi ilə dönüş edir. Sommers “Mumiya” saqasının üçüncü filmini “Mumiya: Əjdaha imperatorunun sərdabəsi” filminə rejissorluq etməkdən imtina edib və prodüserlərdən biri olmaqla kifayətlənib. 2009-cu ildə “G.I. Co- Qisas”ın ekran adaptasiyasını ərsəyə gətirib. Daha sonra “Warner Brothers” şirkəti üçün “Tarzan”ın adaptasiyası üzərində çalışsa da, çox keçmədən layihəni tərk edib. “Mumiya” kinotrilogiyasına görə məşhurlaşıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%BE%D0%BC%D...

 

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç