Cef Zanelli

Cef Zanelli

Bəstəkar

BİOQRAFİYA

Cef Zanelli 28 sentyabr 1974-cü ildə anadan olub. İtaliyan əsilli Amerikalı musiqiçi və bəstəkardır. Daha çox televiziya filmləri, bədii filmlər və video oyunlar üçün mahnılar bəstələyir. Karyerası ərzində Hans Zimmer, Con Pauell, Stiv Yablonski kimi məşhur bəstəkarlarla çiyin-çiyinə 30-dan çox filmə soundtrek yazıb. “Timoti Qrinin qəribə həyatı” (2012), “Kabus şəhər” (2008), “Gizli pəncərə” (2004), “Dağlar və daşlar” (2017), “Karib dənizinin quldurları: Ölülər nağıl danışmır” (2017), “Mortdekay” (2015) kimi filmlərin, “Delqo” (2008) cizgi filminin, “Qərbdə” (2005), “Sakit okean” (2010), “Qorxu” (2000) kimi serialların və “Champions of Norrath: Realms of EverQuest” (2004) video oyununun bəstəkarıdır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kinonews.ru/person_8498/geoff-zanelli

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç