Cerri Brukhaymer

Cerri Brukhaymer

Prodüser

BİOQRAFİYA

Cerri Brukhaymer 21 sentyabr 1945-ci ildə Detroytda (Miçiqan ştatı, ABŞ) almaniyalı yəhudilərin ailəsində dünyaya gəlib. O, Arizona Universitetində psixologiya ixtisası üzrə təhsil alıb. Bundan sonra reklam agentliklərində işləyib. Lakin Brukhaymerin ən böyük istəyi kino çəkmək olub. O, 70-ci illərdə Hollivuda yollanır və burada “Əlvida, mənim gözəlim”, “Legionerlər”, “Pişik adamlar” kimi filmlər çəkməyə başlayır. Lakin 1996-cı ildə 10 ildən çox birlikdə işlədiyi tərəf-müqabili Don Simpson dünyasını dəyişir. Bundan sonra Cerrinin ilk fərdi işi olan "Səma həbsxanası” filmi ekrana çıxır və uğur qazanır. Daha sonra o, “Armageddon”, “Dövlət düşməni”, “60 saniyəyə soyğun” və sair filmlər üzərində işləyir. 2003-cü ildə isə Cerri “Karib dənizinin quldurları” filminə prodüserlik edir. Dörd il ərzində “Karib dənizinin quldurları” filminin üç hissəsindən və “Milli xəzinə” filminin iki hissəsindən 3,5 milyard ABŞ dollarına yaxın vəsait qazanılır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jerry_Bruckheimer



FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç