Con Kerroll Linç
Aktyor
Con Kerroll Linç 1 avqust 1963-cü ildə ABŞ-ın Kolorado ştatının Boulder şəhərində dünyaya göz açıb. Amerikalı aktyor daha çox “Farqo”, “Merkuri təhlükədə”, “Qotika”, “Zodiak”, “Qran Torino”, “Lənətlənmişlər adası” filmləri, həmçinin “Karnaval”, “Evin yaxınlığında”, “Meyit üzərində araşdırma” seriallarında oynadığı rollara görə tanınır. Uşaqlığı Koloradonun tozlu dumanlı çöllərində keçib. Ali təhsilini 1980-ci illərdə Katolik universitetinin teatr məktəbində alıb. Tələbə olduğu illərdə ilk dəfə səhnəyə çıxıb, daha sonlara Linç Minneapolisə köçüb və orada yerli Şekspir tamaşalarında çıxış edib. 90-cı illərin əvvəllərində iki seçim qarşısında qalıb: “Teatr səhnəsində qalsın, yoxsa kinoya getsin”. Məlum olduğu kimi, sonuncu variantı seçib və kinokaryerası kifayət qədər uğurlu olub. 1996-cı ildə Koen qardaşlarının real hadisələr əsasında çəkdiyi “Farqo” kriminal trillerində qadın polis şerifinin sakit təbiətli və həddindən artıq qayğıkeş əri rolunu oynayıb. Ardınca “Qəşəng qızlar” və “Minnesotanı duyaraq” adlı filmlərdə ikinci dərəcəli rollar alır. Həmin vaxtdan bəri onun karyerasında yüksəliş dövrü başlayır. Ən uğurlu rollarından biri Devid Finçerin “Zodiak” trillerində cinayət törətməkdə şübhəli bilinən manyak obrazı olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/John_Carroll_Lynch